Ötən ay neçə nəfərə elmi dərəcə verilib?

Prezident yanında Ali Attestasiya Komissiyası mart ayı üçün elmi dərəcə və elmi ad alan, xarici ölkədə verilən elmi dərəcə haqqında sənədi tanınmış iddiaçıların sayını açıqlayıb.

Komissiyadan Yenicag.az-a verilən məlumata görə, ötən ay 48 nəfərə fəlsəfə doktoru, 5 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bundan başqa, mart ayında 26 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib, 1 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.