Bakıda ötən ay qəza törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü – Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.