Ötən gün yol-nəqliyyat hadisələrində iki nəfər öldü

Ötən gün Azərbaycanda yol-nəqliyyat hadisələrində iki nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 7-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə iki nəfər ölüb.