Ötən gün yol qəzalarında həlak olanların sayı açıqlandı

Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd edilib ki, nəticədə 5 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.