Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlandı

Ötən gün yol qəzalarında 3 nəfər ölüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Həmçinin yol qəzaları nəticəsində 1 nəfər isə xəsarət alıb.