Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlandı

Ötən gün baş verən yol qəzalarında 3 nəfər ölüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 1-də ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.