Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlandı

Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəza nəticəsində 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb.