Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlandı

Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, iyulun 20-də avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.