Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlandı

Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, mayın 19-da respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.