Ötən gün yol qəzalarında ziyan dəyən avtomobillərin sayı açıqlandı

Ötən gün yol qəzalarında 16 avtomobilə ziyan dəyib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, yanvarın 10-da qarlı hava şəraiti ilə bağlı Qusarda 2 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 4 avtomobilə zərər dəyib.

Xaçmazda 3 nəqliyyat hadisəsi olub, xəsarət alan olmayıb, 5 avtomobilə zərər dəyib.

Qubada 4 nəqliyyat hadisəsi olub, xəsarət alan olmayıb, 7 avtomobilə zərər dəyib.