Ötən həftə azad olunan ərazilərdə 38 mina aşkarlandı

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Yenicag.az-a bildirilib ki, dekabrın 6-dan 11-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 9 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 262 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 78,3 hektar ərazi mina və PHS-lardan təmizlənib.