!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ötən il 10 məhkum xəstəliyə görə azadlığa buraxılıb" – Malik Ələkbərov

!Reklam – Yazi

“2020-ci ildə 1 884 məhkumun cəzasının azaldılması üçün sənədlər hazırlanaraq məhkəmələrə göndərilib”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin jurnalistlər ilə birgə keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

Malik Ələkbərovun sözlərinə görə, ötən il istintaq təcridxanasında saxlanılan 906 nəfər barəsində həbs qətimkan tədbiri dəyişdirilib və onlar azadlığa buraxılıb:

“Ötən il 1 884 məhkumun cəzasının azaldılması üçün sənədlər hazırlanaraq məhkəmələrə göndərilib. Həmin sənədlərin 91 faizinə baxılıb. Nəticədə 334 məhkum cəzadan azad edilib, 591 məhkumun cəzası azaldılıb.

Onlardan 2-si xarici ölkə vətəndaşı, 12-si qadın, 2-si yetkinlik yaşına çatmayan şəxs, 269 nəfər isə hərbi cinayətlər törədən şəxs olub. Onlardan 422 nəfər məntəqətipli cəzaçəkmə müəssisəsinə köçürülüb”.

Gülşən Şərif

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv