Ötən il 26 material üzrə cinayət işinin başlanılması rədd edildi

Ötən il 26 material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Qeyd edilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan 5103 yazılı ərizə və şikayətin 4106-sı (80,5%) Baş İdarədə araşdırılan cinayət işlərinə və ya araşdırma materiallarına əlavə olunub, 18-i (0,3%) baxılmamış saxlanılıb, 411-i (8,1%) üzrə vətəndaşlara məhkəməyǝ müraciət etmək hüququ barədə izahlar verilib, 149-u (2,9%) aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilmiş, 49-u (0,9%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, 370-i (7,3%) növbəti hesabat dövrünə icraatda qalıb.

Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgǝ yerinə yetirilən tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb, həmçinin digər müraciətlər üzrə qanunda nəzərdə tutulmuş müvafiq qabaqlayıcı tədbirlər icra edilib.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsiri tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif dövlət qurumlarına və vəzifəli şəxslərə 267 təqdimat verilib. Həmin təqdimatlar əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub. Habelə qanun pozuntularından çəkindirmək məqsədilə 51 halda vəzifəli şəxslərə və vətəndaşlara rəsmi xəbərdarlıq edilib.

Bununla yanaşı, baxılan müraciətlər üzrə aparılan araşdırmalar va cinayət işlərinin istintaqı zamanı müvafiq şəxslərin əməllərində inzibati xəta əlamətləri aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən hüquqi qiymət verilməsi məqsədilə toplanılmış 16 material aidiyyəti üzrə baxılması üçün Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilib.

Müvafiq dövr ərzində Baş İdarədə 210 vətəndaşın qəbul edilməsi təmin edilib ki, bunlardan 63-ü Baş İdarə rəisi, 73-ü Baş İdarə rəisinin müavinləri, idarə və ya sair rəisləri, 74-ü isə növbətçi prokurorlar tərəfindən qəbul olunub.

Hesabat ilində Baş İdarədə 289 cinayət xarakterli materiala baxılıb, 263 (919) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 26 (9%) material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib.

COP29