!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən il 306 uşağa Polad, 82 uşağa isə - Ən populyar iki ad

!Reklam – Yazi

Ötən il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

Yenicag.az xəbər verir ki, 2021-ci il ərzində Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir.

Son iki il (2020 və 2021) ərzində hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb.

Ölkəmizdə Polad adı 2020-ci ilin ikinci yarısında, Xudayar adı isə Vətən müharibəsi dövründə məşhurlaşıb.

Belə ki, ötən il yeni doğulan 306 körpəyə Polad adı verilib. 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, 2020-ci ildə Polad adı verilən uşaqların sayı 193 olub.Həmçinin 2020-ci ildə bir körpəyə Poladhəşim adı verilib.

Bununla yanaşı, ötən il ərzində 82 uşağa Xudayar adı verilib. Bu ad 2020-ci il ərzində cəmi 3 nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi.

Qeyd edək ki, Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu “Vətən yaxşıdır. ..” təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv