Ötən il 45 sürücü öz ailə üzvlərinin ölümünə səbəb olub – DƏHŞƏTLİ STATİSTİKA

2022-ci il ərzində Respublika yollarında baş verən yol-nəqliyyat hadisələri təhlil edilən zaman təəssüf doğuran statistik rəqəmlər ortaya çıxıb.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin Yenicag.az-a verdiyi məlumata görə, ötən il yol verilən qayda pozuntuları zamanı baş verən qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub.