Ötən il Azərbaycanda 57 mindən çox adam ölüb

Ötən il Azərbaycanda 57 250 ölüm halı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, ölkədə ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib.

Ötən il doğulmuş körpələrin sayı isə 138 982 nəfər təşkil edib və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib.

Ümumilikdə isə ötən il Azərbaycan əhalisinin sayı 83 372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9 981 457 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

COP29