Ötən il Azərbaycanda elmi dərəcə və elmi ad alanların sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu, fəlsəfə və elmlər doktoru elmi dərəcələrini, dosent və professor elmi adlarını əhatə edir.
Belə ki, ötən il 526 nəfərə fəlsəfə doktoru, 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.
Həmçinin 190 nəfərə dosent, 58 nəfərə isə professor elmi adı verilib.
Qeyd edək ki, elmi dərəcə və adlar Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir.