Ötən il Bakıda avtobusların iştirakı ilə 44 qəza olub – 23 nəfər ölüb

2018-ci ildə Bakıda avtobusların iştirakı ilə 44 yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, baş verən hadisələr nəticəsində 23 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Bölmə rəisi əlavə edib ki, yük avtomobillərinin iştirakı ilə baş verən yol qəzalarının sayı isə 22 olub. Onun sözlərinə görə, bu qəzalarda 14 ölüm, 15 xəsarət alma halı qeydə alınıb.

V.Əsədovun sözlərinə görə, ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.