Ötən il dövlət əmlakının icarəsindən büdcəyə ödənilən vəsaitin həcmi açıqlandı

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən il ərzində dövlət əmlakının icarəsindən büdcəyə 37,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Yenicag.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, ötən ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

2024-cü il ərzində qeyri-yaşayış sahəsinə dair 646 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 7,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Eyni zamanda, ötən il ərzində dövlət mülkiyyətində olan torpaq sahəsinə dair 3453 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə, qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü il ərzində 4099 yeni icarə müqaviləsi bağlanılıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 15 faiz artıb.