2018-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 9,2 faiz artaraq 53 milyard 688,6 milyon manata çatıb.
Yenicag.az xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər 5467,4 manat və ya ayda orta hesabla 455,6 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 49 milyard 595,5 milyon manatlıq vəsait qalıb./Trend/