Ötən il siyasi partiyalara nə qədər maliyyə yardımı ayrılıb?

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat məbləğində maliyyə yardımı ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, bu da 2019-cu illə müqayisədə 1 milyon manat və ya 38,4 faiz çoxdur.

Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

COP29