Ötən il təyyarə qəzalarında neçə nəfər həlak olub? – Hesabat

2018-ci ildə baş vermiş aviaqəzalarda ölənlərin sayı açıqlanıb. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yeni hesabatı təqdim olunub.

Hesabata əsasən, 2018-ci ildə aviaqəzalar nəticəsində 523 nəfər həlak olub. Bu, 2017-ci illə müqayisədə 504 (!) nəfər çoxdur.

Ötən ilin ən dəhşətli təyyarə qəzası isə “Lion Air” aviaşirkətinə məxsus hava gəmisinin yerə çırpılmasıdır. Həmin qəza nəticəsində 189 sərnişin həlak olub.

COP29