Ötən il verilən patentlərin sayı açıqlandı

2024-cü ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 310, o cümlədən ixtiraya dair 204, faydalı modelə dair 69, sənaye nümunəsinə dair 37 iddia sənədi, coğrafi göstəriciyə dair 2, əmtəə nişanlarına dair 3880 iddia sənədi daxil olmuşdur. Beynəlxalq əmtəə nişanları üzrə 3394 iddia sənədi daxil olub.

Bu barədə Yenicag.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, PCT proseduru üzrə Beynəlxalq Büroya göndərilmək üçün ixtiraya dair 7 iddia sənədi, Avrasiya Patent Təşkilatına (APT) göndərilmək üçün ixtiraya dair 39 iddia sənədi daxil olub. Haaqa proseduru üzrə beynəlxalq sənaye nümunələrinə dair 165 iddia sənədinə dair axtarış aparılıb və nəticəsi müsbət olan 165 iddia sənədi barədə məlumat Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilib. 2024-cü ildə sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 128, faydalı modellərə dair 43, sənaye nümunələrinə dair isə 14 patent verilib.