Ötən tədris ilində 12 məktəbə direktor təyin olunub.
Yenicag.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin dövrdə Bakıda məktəblərə 52 müavin, 14 təşkilatçı və 2 472 müəllim işə götürülüb: “Eyni zamanda 14 bağçaya müdir və 142 tərbiyəçi-müəllim işlə təmin olunub”./report