Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Qarabağ”ı 6:0 hesabı ilə darmadağın edən “Çelsi”nin futbolçusu David Zappakosta açıqlama verib.
Yenicag.az xəbər verir ki, “Stemford Bric”də keçirilən matçda vurulan ikinci qolun müəllifi həmin anı şərh edib.
Debüt oyununda qol vurduğu üçün çox xoşbəxt olduğunu dilə gətirən italiyalı müdafiəçi bunları deyib:
“Qol epizodunda, düzünü desək, irəliləyib yaxşı ötürmə etmək fikrində idim. Amma sonluq qol oldu. Belə hallar mümkündü. Biz qrupda daha yaxşı oynamağa çalışacağıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Amma Çempionlar Liqasındakı möhtəşəm qələbə daha vacibdir”.