Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 38 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 31 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 23, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 18, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Zəfəran” aptek | Səbail rayonu, E.Cavad küç., ev 32 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | “5 Mərtəbə” aptek | Yasamal rayonu, Ş.Qurbanov küç., ev 2 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | “Zeytun” aptek | Nəsimi rayonu, Azadlıq pr., ev 96A | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 | “Zeytun” aptek | Yasamal rayonu, Parlament pr., ev 6A | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 | “Xurma” market | Xətai rayonu, Neapol küç.,
ev 24A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 | “RB” market | Xətai rayonu, G.Mehmandarov küç., ev 16 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | “Paşa” aptek | Xətai rayonu, X.Məmmədov küç., ev 11 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 | “Ərzəxana” aptek | Xətai rayonu, M.Hadi küç.,
ev 2944 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 | “Megastore” market | Abşeron rayonu, Saray qəsəbəsi | 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 2.Ev şəraitində hazırlanan məhsulların satışının həyata keçirilməsi |
10 | “A-Plus” market | Abşeron rayonu, Masazır qəs., Ə.Vahid küçəsi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
11 | “Zeytun” aptek | Sumqayıt şəhəri, 1-ci mkr,
ev 22/51, m.1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
12 | “Zeytun” aptek | Şamaxı şəhəri, Qədirli küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 | “Dokta” aptek | Şamaxı şəhəri, Qədirli küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14 | “Aysun” aptek | Şirvan şəhəri, F.Eynullayev küç., ev 15, m. 26 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 | “Sonar Farm” MMC-yə məxsus aptek | Şirvan şəhəri, İ.Naxçıvan küç., ev 27 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 | “Kövsər” market | Şirvan şəhəri, 20 Yanvar küç., ev 26A | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
17 | “Dokta” aptek | Şirvan şəhəri, 20 Yanvar küç., ev 26 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
18 | “Salyan” aptek | Salyan şəhəri, H.Z.Tağıyev küçəsi | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 | “Zəfəran” aptek | Salyan şəhəri, H.Z.Tağıyev küçəsi | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
20 | Məlikov Ağacan İdris oğlu market | Sabirabad şəhəri,V.Əhmədov küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
21 | “Zeytun” aptek | Sabirabad şəhəri, H.Əliyev pr., ev 62 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
22 | “Mega” market | Ucar şəhəri, Azərbaycan küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
23 | “Elit” aptek | Ucar şəhəri, Azərbaycan küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
24 | “Dokta” MMC-yə məxsus aptek | Ucar şəhəri, Azərbaycan küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri | |||
25 | “Dr.Che Burgers” restoranı | Nərimanov rayonu, Təbriz küç., ev 106A | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
26 | “H.R İskəndər” restoranı | Nərimanov rayonu, Təbriz küç., ev 106A | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
27 | “Manqal Keyfi” restoranı | Nərimanov rayonu, Təbriz küç., ev 106A | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
28 | “Papaq Lounge” kafesi | Xətai rayonu, M.Hadi küç.,
ev 2944 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
29 | “Avtoş” dönər evi | Şamaxı şəhəri, Əzizbəyov küçəsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
30 | “21-ci Əsr” kafesi | Şamaxı şəhəri, Şəhriyar küçəsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
31 | “Ocaq” restoranı | Tovuz rayonu, Alakol kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |