Ova gedən deputat adam ÖLDÜRDÜ – FOTO

“Vahid Rusiya”nın Tuva Ali Xuralının deputatı ov edərkən bir nəfəri güllələyib.

Yenicag.az  xəbər verir ki, deputat Eçis-Baldır Nurzat iki dostu ilə Narın kəndi yaxınlığında ova gedib.

Bildirilir ki, deputat 100-150 metr məsafədə dürbündə bir obyekt görüb və tüfənglə atəş açıb. Ovçular maşınla yerə çatanda güllə yarası almış bir kişi meyitini görüblər.

Deputat polisə bu barədə özü məlumat verib. Eçis-Baldıra qarşı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır./Unikal/