Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ova getmişdi, güllə başına dəydi - Azərbaycanda 18 yaşlı gəncin faciəvi sonu

Şabran rayonunda ov etmək istəyən gənc oğlan ehtiyatsızlıqdan özünü güllələyib.

Yenicag.az xəbər verir ki, rayonun 2000-ci il təvəllüdlü Zeyvə kənd sakini Mahir Şıxəliyev tüfəngdən atəş açarkən güllə naməlum səbəbdən onun baş nahiyəsinə dəyib.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

www.yenicag.az

2449
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100