Bu ilin sentyabr ayından indiyədək 5 saylı ASAN xidmət vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub.
Yenicag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq ASAN xidmət vasitəsi ilə həyata keçirilir.
İ.İbrahimova hesab edir ki, bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsi, şəffaflığın artırılması, göstərilən xidmətlərin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur.
ETSN rəsmisi bildirib ki, ötən müddət ərzində 5 saylı ASAN xidmət vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub. 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb.