!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Övlad itkisi yaşayan Nazpəri: “Hələ ki, müğənni kimi əlimə mikrafon alıb oxumayacam” - FOTOLAR

!Reklam – Yazi

“Hələ ki, müğənni Nazpəri kimi əlimə mikrafon alıb oxumayacam”.

Bunu ilk dəfə efirə çıxacağı ilə bağlı xəbərə münasibət bildirən tanınmış müğənni, Xalq artisti Nazpəri Dostəliyeva Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti efirə müğənni kimi yox, övlad itirən ana kimi çıxacağını deyib:

“Şəhidlərimizin və oğlumun ili çıxmayana qədər efirə çıxmayacam, müğənni Nazpəri kimi əlimə mikrafon alıb oxumayacam. İli gözləyirəm. İldən sonra, əlbəttə sevənlərimin, musiqimə pərəstiş edən gözəl insanların gözünü yolda qoymayacam. Ayaqda olacam, sənətimə qayıdacam. Amma bu verilişə Xalq artisti Nazpəri Dostəliyeva kimi yox, övlad itirmiş ana kimi çıxacam. Martın 22-dən – Əlinin və şəhidlərin ili çıxandan sonra efirə, sevənlərimin yanına qayıdacam. Allah bizə nə verir, həyatı necə yaşıdırsa, elə də qəbul edib şükür etməliyik. Allah güclü insanları imtahan edir. Xoşbəxtəm ki, Allah mənim sevgimi bu qədər insanların ürəyinə salıb. Bəzən olur insanlar deyir, səni çox istəyirəm, amma baxırsan, yox, elə deyil. Amma məni içdən sevənlərim çoxdur. Bunu sübut da ediblər. O insanlara üzümü tutub deyirəm ki, nə yaxşı, siz həyatımda varsınız. Çox təsəlli olmağa çalışdılar. Acı günümdə evimə gəldilər, hər vasitədən istifadə edərək məni tək qoymadılar. O insanlara çox minnətdaram”.

Cəvahir

www.yenicag.az

1140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv