Türkiyənin məşhur müğənnisi Rafet El Roman diqqət çəkəcək yeni açıqlama verib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki qızı və bir oğlu olan ifaçı bir daha uşaq sahibi olmaq istəmədiyini və bunun üçün vazektomiya (artıq uşaq istəməyən cütlüklərdə toxum (sperm) kanallarının bağlanması) əməliyyatı keçirdiyini bildirib.
El Roman açıqlamasında “Daha övladım olmayacaq. 6 illik həyat yoldaşım Yeşim xanımdan oğlum Edvan dünyaya gələndə qızlarım psixoloji cəhətdən çətin bir dövr keçirdilər. Anam da mənə bu barədə xəbərdarlıq etdi. Biz də ailəvi toplandıq, qərar qəbul etdim. Öz seçimimlə bu tədbiri görmüşəm. Daha övladım olmayacaq. Övladlarımın və ailəmin rahatlığı üçün könüllü olaraq bunu etmişəm” deyib.