Övladının atasını “Youtube”-da axtarır – Video

tek-gecelik-iliskisinden-olan-cocugunun-babasini-7649890_x_4146_300Nataliya Amlot adlı qadın, bir gecəlik cinsi əlaqədə olduğu oğlandan 6 həftə sonra hamilə qaldığını öyrənir.

Yenicag.az xəbər verir ki, adı çəkilən fransız qadın Avstraliyaya səyahət zamanı gənc oğlanla tanış olur. Onunla bir gecəlik cinsi əlaqədə olur. Fransaya qayıdan Nataliya 6 həftə sonra hamilə olduğunu öyrənir. Gələcək övladının atasını tapmaq üçün yenidən Avstraliyaya geri dönür. Lakin nə qədər səy göstərsə də məqsədinə çatmır.

Bu səbəbdən də qadın sözügedən olayla video lentə alaraq “Facebook” və “Youtube”-da paylaşıb.
Videoda hadisəni izah edən Natalya həmin gecə intim münasibətdə olduğu oğlanın telefon nömrəsini itiridiyini və heç bir halda onunla əlaqə yarada bilmədiyini deyir:

“3 ay əvvəl Avstraliyaya getdim. Orada çox yaraşıqlı oğlanla tanış oldum. Bir anda ona qarşı sevgim yarandı. Onunla möhtəşəm bir gecə keçirdik. Sabahısı gün mən Parisə qayıtdım. İçərisində oğlanın da nömərsi olan telefonumu itirdim. Onunla başqa əlaqə vasitəm olmadı. 6 həftə sonra hamilə olduğumu öyrəndim. Lakin yenidən Avstraliyaya qayıtsam da onu tapa bilmədim. Xahiş edirəm bu videonu paylaşıb, onu tapmağımda yardımçı olun”-deyə qız video bunları bildirib.