Ovu və satışı qadağan olsa da, sosial şəbəkə və elan saytlarında kirpi satılır.
Yenicag.az xəbər verir ki, kirpi Bakıda 10, rayonlarda isə 25 manata təklif olunur.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, nəzərdə tutulan heyvanların ovu və satışı ilə məşğul olan şəxslər üçün cərimələr nəzərdə tutulur.
Qeyd edək ki, sonuncu dəfə Zaqatalada kirpi ovlayıb satan şəxslər aşkar edilərək cərimələnmişdi.
Daha ətraflı videoda: