Oxu.Az-ın 8 yaşı tamam olur

Bu gün Oxu.Az xəbər portalının yaranma günüdür.

Yenicag.az xəbər verir ki, xəbər portalının 8 yaşı tamam olur.

Qeyd edək Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir.

Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.

Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

Yenicag.az kollektivi Oxu.az-da çalışan həmkarlarını təbrik edir, onlara işlərində uğurlar arzulayır!