Azərbaycan xalqı üçün Əli Kərimlini öz ölkəsinin gələcək prezidenti kimi qəbul etmək mürəkkəb məsələdir. Və təkcə acınacaqlı da olmasa bağışlanmaz səhvinə görə -keçmiş dövrün xəyalət obrazına görə deyil, axı özünü müxalifətin lideri adlandıran bu adam az qala 9 il ərzində hakimiyyətlə oyun oynayıb. Onu yetişdiriblər, təşkilati, maliyyə baxımından kömək ediblər, deputat mandatı ilə təchiz ediblər, inzibati və media-resurslarla təmin ediblər. Uzun illər Əli Kərimlinin Heydər və İlham Əliyevlərin məmurları ilə rol oyunları dəmir öhdəliklərlə və sabaha inamla şərtləndirilmişdi. Kərimli protest elektoratının bir hissəsini öz tərəfinə çəkmişdi və “Müsavat”la İsa Qəmbərin təsirlərinin genişlənməsini preventiv olaraq əngəlləyirdi.
Əvəzində isə siyasi sistemdə və parlamentarizmdə öz yerini möhkəmləndirirdi, haqq etmədiyi halda və ədalətsiz olaraq böyük siyasətdə böyük üzgüçülüyünü davam etdirirdi. Bu, ictimai müqavilə deyildi, separat, yaxud öz mahiyyətinə və tərəfdaşlarına münasibətinə görə xaincəsinə sövdələşmə idi. Bunu siyasi praqmatizmin fəlsəfəsi ilə izah etmək olarmı? Azərbaycanın siyasi quruluşunun xüsusiyyətləri belə izahatlara yer qoymur. Təkrar edirəm, Kərimli oynamırdı, oynadılırdı. O, bərabərhüquqlu koalisiyaya və siyasi ittifaqa daxil deyildi, sadəcə olaraq yuxarıdan ona verilmiş rolu icra edirdi.
Kərimlinin milli demokratların patriarxı Elçibəyə qarşı xaincəsinə və alçaq insunasiyalarını yaddaşlardan necə silmək olar? Və kələkili zahidlə sərt partiyadaxili mübarizədən sonra, hansı ki, hakimiyyət onu o zaman mövcud olan yeganə təhdid-oliqarx Rəsul Quliyevlə mübarizə üçün Bakıya çağırmışdı, liderin məzarı önündə bu günkü ağlaşma sinizmin ən yüksək həddidir. Axı Elçibəyi sağlığında “SPİD daşıyıcısı” elan edən Kərimlinin nəşri deyildimi?
Kərimli prinsipsizliyin və sinizmin ən bariz nümunəsidir. Əsl ikiüzlü və elə özününkülərin unutduğu opportunist, komsomolda işləyəndən bəri kor-koranə hakimiyyət hərisliyi ilə alışıb yanan, sonra AXC-də, sonra yalançı müxalfətin sıralarında yer alan riyakar. Gələcək çarpışmaların intriqalarını əvvəlcədən dadaraq Kərimli damağında hakimiyyət dadı ilə küçələrə çıxıb. Bu gün o, artıq küçə müxalifətidir.
Amma Kərimli dünən öz-özünü də üstələyib keçdi. Cəbhəçilərin lideri bütün ölkənin gözləri qarşısında lirik dramatik sabun operası quraşdırdı. Alnında sarıqla, gözləri yaşarmış halda və qorxunc sözlər pıçıldayaraq Kərimli polislər tərəfindən döyülməsi haqda qəlbləri titrədən səhnə təsvir elədi. Və yenə də səhv etdi. Azərbaycanda liderliyə iddia edən siyasətçi heç vaxt özünün zəifliklərini nümayiş etdirməməlidir. Şərq siyasəti-incə məsələdir, axı sən öz insani zəifiklərini nümayiş etdirirsənsə xalqı və tərəfdarlarını gücünə inandıra bilməyəcəksən. Azərbaycanda siyasətçi həmişə fövqəlinsandır! Bu yolla göz yaşları əldə edə bilər. Amma heç vaxt hörmət qazana bilməz!
Tutaq ki, Kərimli doğrudan da qəddar işgəncəyə məruz qalıb və DİN-in xüsusi təyinatlıları onu “ispan çəkməsinə” oturdub. Lakin bu haqda öz tərəfdaşlarına danışmaq nəyə lazım idi? Sənə yazıqları gəlsin deyə? Axı liderlik xarizmasının Azərbaycan qavramında bu özünü davamçılarının qarşısında alçaltmaq deməkdir. Polisin və hakimiyyətin qəddarlığını nümayiş etdirmək istəyirdi? Yenə də dərsdən iki aldı. Növbəti dəfə Kərimlinin təsvir etdiyi səhnə Cəbhənin tərəfdarlarının inadkar cəhdə qərar verən tərəfdarlarının çox hissəsini qorxudacaq.
Əgər Makiavellinin nəzəriyyəsindən çıxış eləsək Azərbaycan siyasətində döyülmüş, lap elə məkrli, hiyləgər də olsa, tülkülər deyil, şirlər qalib gəlir. Kərimli Osmanqızının efirində döyülmüş miskin tülkücüyə oxşayırdı. Bununla da teleaparıcının-adi qadının göz yaşlarının axmasına səbəb oldu. Azərbaycan siyasətində başlıca rola iddia edən siyasətçi üçün acınacaqlı səhvdir.
Əgər Kərimli doğrudan da yaraşıqlı teleaparıcının və onun başına gələnlərə laqeyd qalmayan teletamaşıçının rəğbətini qazanmaq istəyirdisə, o zaman birbaşa efirdə başındakı sarğını çıxarmalıydı, polis avtobusundakı insidentdən danışmamalıydı. Bəs bunun əvəzində Kərimli nə edir?! Təfərrüatları ilə nəql edir ki, polislər onu necə əzidirdilər və hətta öldürmək, boğmaq istədilər…və bu zaman işgəncənin bütün izlərini kameraya göstərməklə də təhdid edir. Kərimli öz nağılına aludə olaraq ehtirasla və az qala bir saat ərzində ona verilən işgəncə barədə danışdı. Bir saat sonra (!!!) isə özünü pis hiss etdiyini deyərək, axı dediyinə görə az əvvəl ölüm riski qarşısında qalmışdı, öz mənzilindəki studiyasını tərk etdi.
Əlbətdə, Kərimli yalan danışırdı. Buna DİN-in hospitalının verdiyi və onun özünün də imzaladığı tibbi arayış da şahidlik edir. Polislər Kərimlini avtobusa uzadıblar, çünki o, orada müqavimət göstərməyə çalışırdı. Sonra isə onun alının kənarında yüngül sıyrıqlar aşkar ediblər, hospitala aparıblar və orada həkimlər Kərimlinin alnına yüngül sarğı qoyublar. Ümumən isə cəbhəçilərin lideri özünü kifayət qədər dinc və sakit aparıb, polisin sanksiyalaşdırılmamış mitinqlərin yolverilməzliyi barədə tərbiyəvi söhbətinə sükutla qulaq asıb. Təkcə hərdən başını yelləməklə razılığını bildirib.
Tutaq ki, DİN hospitalının ekspertləri yalan deyir. Və Kərimlini doğrudan da kor pişik balası kimi boğmaq istəyirdilər. Lakin belə olan halda nəyə görə bu cür siyasi məsuliyyətli və prinsipial adam, xalq işi uğrunda mübariz yalan və uydurma tbbi arayışa imza atmağa razılaşıb? Doğrudanmı Kərimlini həmin tibbi arayışı imzalamağa da zorla məcbur ediblər? Əgər məcbur ediblərsə o zaman bu haqda nəyə görə Osmanqızının dramatik efirində elan etmirdi?! Deməli, gizlədib?! Yalan danışıb? İşgəncələr haqda yalan uydurub və ya tibbi arayışı imzalamayacağı halda yeni işgəncələrə məruz qala biləcəyindən qorxub?
İstər belə, istər elə, amma vulqar yalan ortadadır və pedantik müşahidəçilərin diqqətindən kənarda qala bilməzdi.
Əlbətdə ki, Kərimliyə qarşı heç kim zor tətbiq etməyib. Nəyə görə tətbiq etsinlər ki? İlk dəqiqələrdən Kərimli öz çılpaq əsəblərini gizlətmədi, onun sifətində əzilmişlik, böyük sayda polis qoşunları qarşısında tənhalıq qorxusu hiss olunurdu…O, çoxsaylı jurnalistlərin əhatəsindən axıradək çıxmadı, sifətindəki qorxu, dəhşət ifaəsi ilə onların sıralarında addımladı.
Çox güman ki, cəbhəçilərin lideri sadəcə olaraq əlverişli situasiyadan istifadə etmək imkanını əldən buraxmadı, özünü 1991-ci ildə Sovetski küçəsində döyülmüş Əbülfəz Elçibəylə müqayisə edərək əzabkeş-siyasi mübariz obrazına girmək istədi. Azərbaycanın siyasi tarixində ikinci dəfədir siyasətçi öz seçiciləri və xalq qarşısında alnında sarğı ilə çıxır. Axı nəticədə cəbhəçilər də, Kərimli özü də alınlarında sarğı saqqallı əzabkeşlər obrazında uzun müddət müftəxorluq eləyiblər. Budur, unudulmuş xəyalət-obraza girmək imkanı yenidən yaranıb, hansı ki, həmin obraz bu günə qədər də Azərbaycanı qorxutmaqdadır.
Qoy bu xəyalət-obraz neobolşevik dəstənin Azərbaycanı hələ də təqib edən bir illik azğın hakimiyyətinin acı təcrübəsindən dərs götürmüş bizlərə yaxşı xatırlatma olsun./haqqin.az/