!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Öyrən və Yaşat” - Xeyriyyəçilik layihəsi

!Reklam – Yazi

Vətən müharibəsində iş adamlarının təşəbbüsü ilə yaradılan Qələbəyə Dəstək Hərəkatı “Öyrən və Yaşat” adlı yeni xeyriyyə aksiyasına start verir.

Yenicag.az xəbər verir ki, işinin peşəkarları ilə əməkdaşlıq çərçivəsində həftədə bir dəfə onlayn təlimlər keçiriləcək, təlimlər ödənişli olacaq, lakin təlimə gələn bütün ödənişlər YAŞAT fonduna köçürüləcəkdir. Şəffaflığı təmin etmək məqsədilə təlimə qoşulacaq şəxslər müəyyən edilmiş məbləği təlim elan edilən gündən etibarən YAŞAT fonduna ödəyir, ödənişin qəbzini və ya linkini təşkilatçılara göndərərək qeydiyyatdan keçmək istədiyini bildirir.

Təlimçilər də, təlim iştirakçıları da bu xeyriyyəçi əməlləri ilə şəhid və qazilərimizə dəstək vermiş olur. Bu bir sosial layihə olduğundan hər təlimin sonunda YAŞAT fonduna ödəniləcək məbləğ ictimaiyyətə açıqlanacaqdır.

Hər təlimin sonunda isə Təlimçiyə müharibədə şəhid olmuş qəhrəman oğullarımızın şərəfinə Hədəf Liseyinin xüsusi hədiyyəsi – “Xarıbülbül” suveniri hədiyyə ediləcək.

Layihənin müəllifi və moderatoru Qələbəyə Dəstək Hərəkatının sədri, Təhsil texnoloqu f.ü.f.d., dosent Şəmil Sadiqdir.

Bu ilin sonuna qədər ilk təlimin keçirilməsi planlaşdırılır.

YAŞAT fondunun hesab nömrələri:

Azərbaycan Respublikası daxilində ianələr üçün

Manat hesabı: AZ76IBAZ38090019447968925204

Xaricdən göndərilən ianələr üçün:

USD hesabı: AZ66IBAZ38190018407968925204

EURO hesabı: AZ46IBAZ38190019787968925204

Rubl hesabı: AZ83IBAZ38190018107968925204

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv