!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Oyun satdığı iddia olunan üçüncü futbolçu danışdı – “İnanmıram”

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov danışılmış oyun səbəbi ilə birdəfəlik futboldan uzaqlaşdırılıblar.

Maraqlıdır ki, bu iki futbolçu ilə yanaşı, onların komanda yoldaşı Fuad Bayramovun da bu məsələdə adı hallanır. Hətta adıçəkilən futbolçunun “Bandotdel”ə çağrıldığı, ifadə verdiyi də yayılan xəbərlər arasındadır.

Yenicag.az saytına müsahibə verən Fuad Bayramov gündəmi zəbt edən hadisə ilə bağlı suallarımızı cavablandırıb.

– Səni də “Bandotdel”ə çağırmışdılar?
– Məndə hər şey qaydasındadır. Bu gün məşqdə olmuşam. Sabah da “Qəbələ” ilə oyuna gedəcəyik.

– Səni izahat üçün harasa dəvət ediblər?
– Xeyr. Mən dünən evdəkilərlə ad günündə olmuşam.

– Məlum hadisə baş verməmişdən öncə nədənsə şübhələnmişdin?
– Heç bir şübhəm olmayıb. Nə şübhələnmişəm, nə də hiss etmişəm.

– Nizami Hacıyevlə Mirhüseyn Seyidovun bu məsələdə adının hallanmasına münasibətin necədir?
– Vallah, mən heç nə deyə bilmərəm. Bu məsələyə klub rəhbərliyi baxır. Biz kimik ki, nəsə deyək?

– Bəs, onların birdəfəlik futboldan uzaqlaşdırılmasına?…
– Buna da AFFA qərar verir. Özləri ilə danışmamışam. Bizim uşaqlardan heç kim onlarla danışmayıb. Biz hadisənin gedişatını mətbuatdan oxuyuruq. Onların yoxluğunun hiss olunub-olunmaması qarşıdakı matçlarda bilinəcək. Əlbəttə ki, ağır qərardır. Amma nə edə bilərik?

– Bəs, bu hadisə sənin başına gəlsəydi, hansı addımı atardın?
– Allah uzaq eləsin! Heç bu barədə fikirləşmək də istəmirəm. Allah heç kimə belə şeyi göstərməsin.

– Nizami ilə Mirhüseynin oyun satdığına inanırsan?
– Vallah, nə deyim? Heç bir məlumatım yoxdur.

– Bir yerdə oynamısız axı. Ən azından komanda yoldaşlarına bələd olmalısan…
– Əlbəttə ki, onların oyun satdığına inanmıram.

EMİN SƏFƏROV

www.yenicag.az

2282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv