Türkiyənin Çekmeköy bölgəsində oyuncaq silahla bank şöbəsinə girən şübhəli, seyfdən 130 min lirə (təxminən 13 min manat) götürərək hadisə yerindən qaçıb.
Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şübhəli ərazidən uzaqlaşmadan polis tərəfindən ələ keçib.
Oğurladığı pullarla birgə polis şöbəsinə aparılan şübhəlinin bank işçilərini qorxutduğu silahın oyucaq olduğu məlum olub./Unikal.az/