Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçını izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev də var idi.
Oyundan sonra Yenicag.az-a açıqlama verən assosiasiya rəhbəri qarşılaşma barədə fikirlərini bölüşüb.
O, bunları deyib: “Oyunu qırdılar da. Artıq neçənci dəfədir ki, “Qarabağ” azlıqda qalır. Deyəsən, oyun qaydalarını dəyişiblər. Buna baxmayaraq, hakim səhflərinin məqsədli olduğunu düşünmürəm”.
Emin Səfərov