Oyunun hakimi qanlar içində qaldı

Futbol üzrə Uruqvay çempionatının 4-cü liqasında keçirilən qarşılaşmada xoşagəlməz anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, “Soriano” – “Rio Neqro” matçının əlavə hissələrində tribunadan qarşılaşmanın baş hakiminə doğru motoskilet kaskası atılıb.

Başından güclü zərbə alan referi qanlar içində yerdə uzanıb. Hakim xəstəxanaya çatdırılıb, oyun isə yarımçıq qalıb.

COP29