Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Öz labaratoriyanı yarat – tələbələr üçün mini labdoc” layihəsi keçirilib

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Öz labaratoriyanı yarat –tələbələr üçün mini labdoc” fərdi layihəsi çərçivəsində Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr üçün maarifləndirmə seminarı keçirildi.

Yenicag.az xəbər verir ki, iki gün davam edən seminarlarda Azərbaycan Dövlət Aqrar Universitetindən 50 nəfər tələbə iştirak etmişdir.

Fərdi layihənin kordinatoru Aysel Rəhimli tədbirin məqsədi və layihənin qarşıya qoyduğu vəzifələr haqqında danışdı. Bildirildi ki, tələbələr, magistrlərin fərdi inkişafı və öz ideyalarını alternativ olaraq reallaşdırmaları üçün Avropa ölkələrində istifadə olunan təcrübələrin tətbiq edilməsi, tələbələrin öz mini labaratoriyalarını özlərinin yaratmaları üçün onlara bilik və informasiyaların verilməsi çox aktualdır. Tələbələrə son illərin trendləri və crowdfunding platformalarından düzgün istifadə qaydaları haqqında, öz ixtisaslarına uyğun olaraq axtarış edib məlumat toplamaq metodları geniş şəkildə izah olundu.

Tədbir çərçivəsində tələbələr, magistrlər üçün prezentasiyalar edildi. Tələbələr bu metodlar, həyata keçirilmə üsulları, uğurlu praktikalar, bu sahədə qazanılan nailiyyətlər, bu metodların üstünlükləri haqqında bilik və informasiyalara yiyələndilər.

Layihənin eksperti bildirdi ki, keçirilən bu təlimin əsas hədəflərindən biri də təbliğat şəbəkəsinin qurulması, maarifçilik fəaliyyətinin daha da genişləndirilməsidir,

Tədbir qarşılıqlı diskussiyalar şəraitində həyata keçirildi, iştirakçıların sualları cavablandırıldı, təkliflər qeydə alındı. Seminarda eyni zamanda open science, open access, open innovation, open research computation, citizen science, scientific social network nə olduğu haqqında geniş biliklər verildi, open Access jurnallarına çıxış imkanları, ORCİD haqqında iştirakçılar məlumatlandırıldı.

Seminar diskssiya şəraitində keçirildi, tələbəlrin sualları cavablandırıldı.

www.yenicag.az

7665