!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Öz pul vahidlərimizdən istifadə etməliyik” - Ərdoğan

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk Dövlət Başçılarının 6-cı Zirvəsi”nə qatılıb.

Yenicag.az xəbər verir ki, “Ruh Ordo Mədəniyyət Mərkəzi”ndə reallaşan tədbirdə çıxış edən Türkiyə prezidenti bir sıra önəmli məsələlərə toxunub.

Son illərdə Türk dünyasının geosiyasi-iqtisadi əhəmiyyətinin daha da artdığını vurğulayan Ərdoğan “Orta Asiya 70 milyon əhalinin yaşadığı, investisiya imkanları geniş, zəngin insan qaynağına sahib, illik gəliri 350 milyard dolları aşan münbit bir coğrafiyadır. Ancaq Türk dünyasının coğrafi və demoqrafik bir iqtisadi göstəricini görə bilmirik”, deyə vurğulayıb.

Ərdoğan ticarət həcmini artırmaq və potensialı daha yaxşı qiymətləndirmək üçün yeni inkişaflara ehtiyac olduğunu ifadə edib: “Beynəlxalq ticarətin dollara olan asılılığı artıq qarşımıza bir əngəl olaraq çıxmağa başlayıb. Biz öz pul vahidlərimizlə ticarət variantı üzərində dayanmalıyıq. Dövrümüz bizə nəqliyyat və rabitə şəbəkələrinin inkişaf etdirilməsi üçün də əhəmiyyətli imkanlar təqdim edir. Bu baxımdan Qafqaz və Orta Asiyanı aşaraq bizi Çinə qədər böyük bir coğrafiyaya çatdıracaq Xəzərdən keçən Şərq-Qərb nəqliyyat dəhlizinin Orta Koridorunu istifadə etməyi məsləhət görürük.

“Müasir İpək Yolu” olaraq bilinən bu layihənin ən əhəmiyyətli hissəsi olan Azərbaycanla birlikdə başladığımız Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də bu işdə önəmi böyük olacaq. Beləcə Avropadan başlayan bir yol, Xəzər sahillərinə, oradan da Aktau Limanı üzərindən Şanxaya və Seula qədər uzana biləcək. Bu əhəmiyyətli nəqliyyat xətti xalqlarımızın rifahına və əlaqələrimizin inkişafına töhfə verəcək”.

Enerji sahəsində də iş birliyinin artırılmasına əhəmiyyət verdiklərinə işarə edən Ərdoğan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri layihələrinin bu iş birliyinin ən əhəmiyyətli göstəriciləri olduğunu bildirib.

Həşim Səhrablı

www.yenicag.az

858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv