Öz xahişi ilə yumruq “yeyən” fanat – VİDEO

Qarışıq döyüş növləri üzrə rusiyalı çempion Həbib Nurmaqomedov fanatını vurub.

Yenicag.az xəbər verir ki, idmançı həmin görüntüləri “instagram” səhifəsində paylaşıb. Maraqlı hadisə Nurmaqomedovun Tacikistanda azarkeşləri ilə görüşündə yaşanıb. Azarkeşlərdən biri rusiyalı çempiondan onu vurmağını istəyib. İdmançının anidən vurduğu zərbə isə ətrafdakıların gülüşünə səbəb olub.

Qeyd edək ki, Həbib Nurmaqomedov iştirak etdiyi 24 döyüşün qalibi olub.

Yenicag.az