!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Öz yazdığımı oxuya bilmirəm” - Putin iclasda özünü itirdi

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Moskvada qatıldığı iclasda öz yazdığı qeydləri oxuya bilməyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Dumasının üzvləri ilə iclas keçirən Putin qanun layihələrinin müzakirəsi zamanı özünü itirib. Toplantı ərzində dayanmadan qeydlər götürən prezident kürsüyə çıxdığı zaman yazdıqlarını oxuya bilməyib.

Bir müddət səssizliyə qərq olan Putin daha sonra özünü tənqid etməyə başlayıb: “Bu necə qeyd götürməkdir? Elə bil burada toyuq gəzib. Öz yazdığımı oxuya bilmirəm”.

Daha sonra o, iclasdakılardan üzr istəyib: “Üzrlü hesab edin, hər şey yadımdadır. Ancaq qeydlərimi oxuya bilmədiyim üçün konkret bir şey deyə bilmirəm”.

www.yenicag.az

1645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv