Reklam: High Technic
hightechnic

Özbəkistan 21 ölkə ilə vizanı ləğv edir

Turizm.fins.az  Özbəkistan prezidenti Şövkət Mirzəyevin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, yeni qanun 2021-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

İlkin olaraq qanunun 2017-ci il aprelin 1-dən etibarən qüvvəyə minməsi planlaşdırılırdı. Lakin sonradan bu qərar ləğv olunub. Buna səbəb maddi-texniki bazanın yaradılması üçün daha çox vaxtın tələb olunması olub.

Qanun lahiyəsinin ölkənin turizminin inkişafına xidmət etdiyi bildirilir. Lakin Özbəkistanın Azərbaycandakı səfirliyindən Turizm.fins.az-a verilən məlumata görə, onlara bu barədə hələki heç bir rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının Özbəkistana səfəri üçün vizaya ehtiyac yoxdur.

Yenicag.Az

www.yenicag.az

150