Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam etdi – FOTO

2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə “Qadınların sosial həyatda fəal iştirakının təmin edilməsi: çağırışlar və perspektivlər”, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov
“Azərbaycanda sosial əhəmiyyətli məsələlərin həllində inklüzivliyin və QHT-lərin rolunun təmin edilməsi”, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “Azərbaycanda insan hüquqları, qanunvericilik təşəbbüsləri və gender problemlərində QHT-lərin rolu”, “İcmaların İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin və insan hüquqlarının qorunmasında ictimaiyyətin iştirakı və QHT-lərin rolu”, “Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri İlham İsmayılov “Xaricdə türk dövlətlərin diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili və prosesdə QHT-lərin rolu” mövzularında təqdimatlar ediblər.

Təqdimatlardan sonra ətraflı müzakirələr aparılıb, Özbəkistan QHT-lərinin sualları cavablandırılıb, təcrübə mübadilələri edilib.
Forumda iki ölkənin bir sıra QHT-ləri arasında Əməkdaşlıq Memorandumlarının imzalanması da nəzərdə tutulur.

https://ngoagency.gov.az/az/post/1111/ozbekistan-azerbaycan-qht-lerinin-emekdasliq-forumu-sessiyalarla-davam-edib

#Özbəkistan #Forum #QHT #NGO #QHTAgentliyi #NGOAgency