Özbəkistan-Azərbaycan səhiyyə ongünlüyü keçiriləcək

Özbəkistanda oktyabrın 2-dən 11-dək Özbəkistan-Azərbaycan səhiyyə ongünlüyü keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“10 gün ərzində ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində yüksək texnologiyalı əməliyyatlar, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə birgə konsultasiyalar keçiriləcək”, – məlumatda qeyd edilib.

Eləcə də, səhiyyə, əczaçılıq, tibb təhsili və elmin rəqəmsallaşdırılması sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə ediləcək.