Özbəkistan Çinə Mərkəzi Asiya ilə Türkiyə arasında mühüm nəqliyyat dəhlizinə çıxış təklif edib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “News Central Asia” dərc edib.
Çinin Özbəkistan-Türkmənistan-İran-Türkiyə dəmir yolu marşrutu ilə birləşdirilməsi təşəbbüsünü “Özbəkistan Dəmir Yolları” QSC-nin rəhbəri Narzullayev çinli həmkarı Tsuhue ilə görüşü zamanı irəli sürüb.
O qeyd edib ki, bu, marşrutun yükdaşıma qabiliyyətini və dəhlizin tutumunu artıracaq.
Qeyd edək ki, Özbəkistan-Türkmənistan-İran-Türkiyə marşrutu üzrə Asiya və Avropa arasında beynəlxalq multimodal dəhlizin formalaşdırılmasına dair protokol 2023-cü ilin noyabrında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nəqliyyat nazirlərinin 12-ci iclası çərçivəsində imzalanıb.
Xuraman Etibarlı