Özbəkistan hökuməti istefa verdi

Özbəkistanın Nazirlər Kabineti yeni seçilmiş parlament qarşısında istefa verib.

Yenicag.az bu barədə hökumətin mətbuat xidmətinə istinadən xəbər verir.

Özbəkistan Respublikası Konstitusiyasının 116-cı maddəsinə və “Özbəkistan Respublikasının Nazirlər Kabineti haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti Ali Məclis (parlament) qarşısında öz səlahiyyətlərini həyata keçirir.

Qeyd olunur ki, hazırkı hökumət ölkənin yeni kabineti formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Oktyabrın 27-də Özbəkistanda növbəti parlament seçkiləri keçirilib. Ölkədə ilk dəfə olaraq deputatlar qarışıq – majoritar-proporsional modeldən istifadə etməklə yeni beşillik müddətə seçiliblər: Aşağı palatadakı 150 yerdən 75-i birmandatlı dairələr üzrə, qalan 75-i isə siyasi partiyalara verilən səslər əsasında vahid seçki dairəsi üzrə seçilib.

Seçkilər nəticəsində hakim Özbəkistan Liberal Demokrat Partiyası səslərin əksəriyyətini toplayıb./Qaynarinfo

COP29