Özbəkistan prezidenti Şavkat Mirziyoyevin kiçik qızı yeni vəzifəyə təyin olunub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Şahnoza Mirziyoyeva Özbəkistan Respublikası Milli Paralimpiya Komitəsi sədrinin birinci müavinidir.
2023-cü ildən Şahnoza Mirziyoyeva Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktorunun birinci müavini vəzifəsini tuturdu./unikal